Oğuz-Qəbələ su xəttində aparılan təmir-bərpa işləri səhər saat 6-da tamamlanıb.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu bildirib.
“Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb. Ətraflı məlumat yayacağıq”, – deyə o qeyd edib.