image-rt-reklam
image-1backend

Öcalan PKK-ya gözlənilən çağırışı etdi – “Silahı yerə qoyun”

image-728x90

PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib.

Ulusal.az  xəbər verir ki, bəyanat türk və kürd dillərində oxunub.

Öcalan çağırışında “silahı buraxın” deyib:

“Demokratik cəmiyyətə ehtiyac qaçılmazdır. Cümhuriyyət tarixinin ən uzun və ən əhatəli üsyan və hərəkatı olan PKK-nın güc və dəstək tapmasının səbəbi demokratik siyasi kanalların bağlanması idi. Mən tərksilah olmağa çağırıram. Bütün qruplar silahı yerə qoymalı və PKK ləğv olunmalıdır. Bu çağırışa görə məsuliyyəti üzərimə götürürəm”.

Xatırladaq ki, daha öncə İtaliya mətbuatı PKK terror təşkilatının lideri Abdullah Öcalanın fevralda bəyanat yayacağı barədə məlumat yaymışdı.




“Qafqazinfo”
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90