image-rt-reklam
image-1backend

Öcalan bəyanat yaymağa hazırlaşır: Bu xəbəri elan edəcək

image-728x90

PKK lideri Abdullah Öcalan yaxın günlərdə yeni bəyanat yaymağa hazırlaşır. Bu mesajdan sonra PKK-nın silahları təslim etmə prosesi rəsmi olaraq başlanacaq.

Ulusal.az xəbər verir ki, bu barədə terror təşkilatına yaxın mənbələr məlumat verib.

Mənbələrin iddiasına görə, iyulun 3-dən 10-na qədər, 20-30 nəfərlik PKK üzvü İraqın Süleymaniyyə şəhərində təşkil olunacaq rəsmi mərasimdə silahlarını təhvil verəcək. Media nümayəndələrinin də orada iştirak edəcəyi qeyd olunub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90