image-rt-reklam
image-1backend

Obuxov: Putin məğlubiyyətə düçar olduğunu anlayır

image-728x90

Ulusal.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən anti-Rusiya aktivisti, “Stop Russian Terror” Fondunun rəhbəri Herman Obuxov OBOZ.UA-ya verdiyi eksklüziv müsahibədə Kremlin diktatoru Vladimir Putinin hədəfləri və vəziyyəti barədə fikirlərini bölüşüb.

Obuxov hesab edir ki, Putinin həyatda əsas məqsədi sadə və fizioloji xarakterlidir: Ukraynada müharibəni uduzmamaq və ömrünü azadlıqda başa vurmaq. Onun sözlərinə görə, obyektiv vəziyyət Putini yaxın bir ildə çox çətin durumla üz-üzə qoyacaq, Rusiyanın iqtisadi resursları isə maksimum 2–3 il kifayət edəcək.

Obuxov bildirir ki, Putin artıq başa düşür ki, Ukrayna müharibəsini qələbə ilə başa vurmaq mümkün deyil. Lakin, o, “boksçu kimi” döyüşü uzatmaq, nəticədə isə xal hesabı ilə uduzmaq istəyir. Bu səbəbdən Avropada yaratdığı provokasiyalar müharibəni vaxt baxımından uzatma cəhdidir.

Müsahibədə həmçinin qeyd olunub ki, Putin müharibədə əsas dəyişiklikləri həyata keçirmək iqtidarında deyil. Ukraynaya milyonlarla təlim keçmiş əsgər gətirmək mümkün deyil, Şimali Koreya və Çin belə bir dəstə göndərməyəcək, könüllülər isə kifayət deyil. Bunun nəticəsində Putin yalnız mövqeləri saxlaya və məhdud irəliləyişlər əldə edə bilər.

Obuxov əlavə edib ki, Ukraynaya silah yardımı və Tomahawk raketləri Putinin narahatlığını artıracaq. Bu, həm Rusiyada hərbi zavodlara, neft emalı müəssisələrinə zərbə riski, həm də iqtisadi resursların tükənməsi ilə nəticələnəcək.

Ekspert qeyd edib ki, ABŞ və Avropa hələ radikal addımlar atmağa hazır deyil, lakin yaxın gələcəkdə ABŞ-da siyasi dəyişikliklər Putin üçün vəziyyəti daha da çətinləşdirəcək. Belə vəziyyətdə onun həyatda qalma müddəti təxminən 2 il ola bilər, daha uzun ömür isə şübhə altındadır.

Obuxovun sözlərinə görə, Putinin əsas hədəfi müharibəni uduzmadan başa vurmaq və azadlıqda yaşamaqdir. Onun resursları və geopolitik imkanları isə bu müddət üçün kifayət edir, lakin uzunmüddətli perspektivdə Rusiyanın durumu kritik ola bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90