image-2000x150
image-716b2620-cdbc-4e52-9eac-6850a658cd89backend

“O, niyə belə edir? Aradan çıxıb…” – Putin

image-728x90

Rusiya Prezidenti Vladimir Putin “Rosnano”nun keçmiş rəhbəri Anatoli Çubaysın Rusiyadan qaçmasına münasibət bildirib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Vladivostoka keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxış edən Putin Çubaysın xaricdə nədənsə gizləndiyini anlamadığını söyləyib.

“İnternetdən mənə bir fotoşəkil göstərdilər, o, artıq Anatoli Borisoviç Çubays deyil, Moişa İzraileviç kimi yaşayır. O, niyə belə edir? Aradan çıxıb…”, deyə Rusiya prezidenti bildirib.

Putin bunun böyük maliyyə boşluğunun olduğu Rusnanodakı proseslərlə bağlı olduğunu ehtimal edib. Bildirib ki, həmin şirkətdə cinayət işi yoxdur. “Ola bilsin ki, o, bunun nəhayət hansısa cinayət işlərinə səbəb olacağından qorxub. Ona görə də o, hətta İsraildə gizli vəziyyətə keçib. Bu, onun nəyinə lazımdır, düzünü desəm anlamıram”, – deyə Putin əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90