image-2000x150
image-1backend

NYU-YORK MERİNİN AZƏRBAYCANLI BAŞ MÜŞAVİRİ HƏBS EDİLİB – Abbasova nədə günahlandırılır?

image-728x90

Azərbaycanın tanınmış hüquq müdafiəçisi Rüfət Səfərov belə bir status paylaşıb: ”Həmyerlimiz Rəna Abbasovanın Nyu York meri Erik Adamsın baş müşaviri təyin olunmasını, Nyu York meriyasının beynəlxalq əlaqələrinə rəhbərlik etməsini qürur hissilə paylaşmışdıq.

Bir il keçdi. Federal Təhqiqat Bürosu Rəna Abbasovanı həbs etdi. Xanım müşavir rüşvət almada, mənimsəmədə və s. ittiham olunur.

Çox təəssüf”.

Ölkəmizin müxalif düşərgəsini təmsil edən dostlarımız oxşar məzmunlu onlarla status paylaşıblar. Onların nəzərində o boyda Nyu Yorkun meri Rəna Abbasovaya etimad göstərib, o isə rüşvətxorluğa qurşanıb. Bizi, yəni Azərbaycanı biabır edib…

Bəs əslində həqiqət necədir?

Elə oradan başlayaq ki, Eric Leroy Adams kimdir? 1960-cı ildə doğulub, qaradərilidir. Keçmiş polis zabiti, 20 il polisdə çalışıb. 2022-ci ildən Nyu York şəhərinin 110-cu meri seçilib. Demokratik Partiyanın ideoloji cəhətdən mötədil üzvü olan Adams Nyu York Şəhər Tranzit Polisində, daha sonra isə Nyu York Şəhər Polis Departamentində (NYPD) çalışıb. 20 ildən çox işləyib, kapitan rütbəsində təqaüdə çıxıb. O, 2006-2013-cü illərdə Nyu York Ştat Senatında xidmət edib, Bruklindəki 20-ci Senatın dairəsini təmsil edib. 2013-cü ilin noyabrında Adams bu vəzifəni tutan ilk afro-amerikalı olan Brooklyn dairəsinin prezidenti seçildi və 2017-ci ilin noyabrında yenidən seçicilər ona etimad göstərdi.

Eric Adams deyir ki, o, yeniyetmə olanda polis idarəsində onu oki var döyüblər. O qədər döyüblər ki, o, sidik yerinə qan işəyib. Yəni yeniyetmə çağlarında çox dəliqanlı birisi olub. Öz müsahibələrində fahişələrlə isti münasibətindən də bəhs edib.

O da maraqlıdır ki, zorlamaya görə məhkum olunmuş əfsanəvi boksçu Mayk Tayson həbsdən azad ediləndə boksçunu müşayiət edən maşın karvanına Erik Adams rəhbərlik edib.

2006-cı ildə Adams polis məmuru kimi televiziyaya müsahibə verib və Bələdiyyə Başçısı Maykl Blumberqi tənqid edib. Elə buna görə də 2006-cı ildə o, kapitan rütbəsi ilə polisdən təqaüdə göndərilib…

Nyu York meri kimi startı isə çox uğursuz olub. Belə ki, yeni merin 8-ci iş günü şəhərdə faciə baş verib. Yanğında 17 nəfər ölüb. Onlardan 8 nəfəri uşaq idi…

Adamsın mer kimi fəaliyyət göstərdiyi ilk aylarda Nyu-York şəhərində kriminal durum ciddi şəkildə pisləşib: Polis zabiti Jason Rivera və Wilbert Mora Harlemdə məişət zəminində baş vermiş iğtişaş zamanı güllə ilə öldürüldü.

Prezident Co Bayden və Baş Prokuror Merrik Qarland Nyu Yorka səfər etdilər və yeni merə dəstək verdilər…

Adams heç vaxt evlənməyib, lakin Jordan Coleman adlı bir oğlu var. Nyu-Yorkun merinə Amerikada “Nightlife Mayor” (gecə həyatı yaşayan vali) deyirlər. Niyə? Çünki bu adam əylənmək üçün tez-tez gecə klublarına gedir…

2 Noyabr 2023-cü ildə Federal Təhqiqat Bürosunun (ing. Federal Bureau of Investigation, FBI) agentləri Adamsın mer seçkiləri üçün pul yığan adamından üç telefon və iki noutbuk müsadirə etdilər. Noyabrın 6-da Adamsın iPad və telefonu FTB tərəfindən ələ keçirildi. Axtarış elə küçənin ortasında həyata keçirilib. Adamsın vəkili deyir ki, vali FTB-nin tələbinə “dərhal əməl edib”. O, hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq etdiyini və gizlədəcək heç bir şeyi olmadığını bildirib.

Məhz bu olaydan sonra soydaşımız Rəna Abbasovanın adı Amerika mediasının gündəminə daşınır. Heç şübhəsiz ki, bu xanım son dərəcə çevik və ağıllı qadındır. Rəna xanım rəsmi olaraq departamentin protokol şöbəsinin direktorudur. Kifayət qədər yüksək vəzifədir. Amerika mətbuatının məlumatına görə, onun İllik maaşı 81.651 dollardır.

ABŞ-ın “The Post” qəzeti şikayətlənir ki, bir neçə dəfə müraciət etsək də Rəna xanım suallarımıza cavab verməkdən imtina edib.

Meriyadakı işlərlə tanış olan mənbə bildirib ki, Abbasova bu ilin əvvəlində yeni vəzifəyə – beynəlxalq əlaqələr şöbəsinə rəhbərlik edib və merin qatıldığı tədbirlərin planlaşdırılması da onluq olub.

Onu tanıyanlar deyir ki, “Rəna sakit və təvazökar insandır”.

Rəna xanım Eric Adams Bruklin dairəsinin prezidenti seçiləndən onunla birlikdə işləyir.

Amerika mediası bildirir ki, Rəna Abbasova azərbaycanlıdır.

“Dəfələrlə dediyimiz kimi, bu yaxınlarda düzgün olmayan hərəkət edən bir şəxs haqqında məlumat aldıq və bu barədə dərhal müstəntiqlərə məlumat verdik. Bu şəxs dərhal məzuniyyətə çıxarılan kiçik işçi idi və bu gün də məzuniyyətdədir”, – Meriya sözçüsü bildirib.

Nyu-York meriyası bildirir ki, düzgün olmayan hərəkətlərə yol verdiyi ehtimal olunan Rəna Abbasova dərhal məzuniyyətə göndərilib. Meriyanın bəyanatından aydın görünür ki, əsas hədəf Erik Adamsı qorumaqdır. Meriyanın bəyanatında belə bir fikir yer alır: “Yadda saxlamaq lazım olan ən vacib şey odur ki, bələdiyyə sədri heç bir qanunsuzluqda ittiham olunmur”.

Rəna xanımın gördüyü iş bunlar olub: “O, Yaxın Şərq və Mərkəzi Asiya ölkələri, müsəlman və rusdilli icmalar və qeyri-kommersiya təşkilatları arasında əlaqələrin saxlanmasına cavabdeh idi”.

Soydaşımız Türk irsi ilə bağlı Amerikada tədbirlər keçirib. 2017-ci ilin aprelində Adams və Türkiyə prezidentinin oğlu tərəfindən dəstəklənən Türklərin Vəqfi arasında görüş təşkili üçün ricada bulunub.

Amerika mediası vurğulayır ki, Rəna Abbasova Türkiyə və Azərbaycan iqtidarı ilə yaxın münasibətdə olub və öz şefi ilə adıçəkilən ölkələrin xeyrinə müəyyən işlər görüb.

Rəna Abbasovaİstintaq Adamsın yanğın təhlükəsi ilə bağlı narahatlıqlara baxmayaraq, Türkiyə konsulluğunun inşası üçün Brooklyn mahalının o zamankı prezidenti kimi şəxsi nüfuzundan istifadə edib-etmədiyini araşdırıb. “The Post”un nəzərdən keçirdiyi kampaniya qeydlərinə görə, vali Adamsın seçki kampaniyası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilalın dəstəklədiyi bir fondan 6 min dollar məbləğində ianə alıb. 3 donor bu kampaniyaya qatılıb…Onu da deyim ki, Rəna Abbasova həbs olunmayıb. O, sadəcə məzuniyyətə göndərilib. Ümumiyyətlə, bu kimi ittihamlara görə Amerikada kimisə həbs eləmək çox çətindir. Məsələn, ABŞ Konqresində erməni lobbisinin əsas müdafiəçisi kimi tanınan Bob Menendes az qala 10 ildir ki, rüşvət və korrupsiya qalmaqalında suçlanır. Ancaq hələ də o, həbs olunmayıb. Sadəcə Konqresin Xarici Əlaqələr Şöbəsinin rəhbəri vəzifəsindən istefa verməli olub…Heç şübhəsiz ki, Rəna Abbasova ilə bağlı da bu məsələ uzanacaq. Nə qədər Eric Adams Nyu Yorkun meridir Rəna Abbasova həbs olunmayacaq. Bir daha vurğulayıram, Eric Adams Demokratlar Partiyasının üzvüdür. Demokrat Co Bayden hazırda Amerikanın prezidentidir…Onu da deyim ki, Nyu York merinin başqa bir köməkçisi-Winnie Greco da FTB tərəfindən dindirilir. Bu xanım əslən çinlidir. 1990-cı ildə Amerikaya gəlib. O, Çin və digər Asiya ölkələrinin Nyu Yorkdakı seçki kampaniyasına maddi dəstək verməsini təmin edib. Amerika qanunlarına görə, seçki kampaniyasına pul köçürmə qanunla tənzimlənir. Bu qanunlar isə o qədər “sürüşkən”dir ki, bu kimi hallara görə kimi isə mühakimə etmək son dərəcə çətindir…

Elbəyi Həsənli

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90