image-rt-reklam
image-1backend

Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib?

image-728x90

“Kimsənin paxıllığını çəkmədim. Məndən yuxarıda ulduzlar da, imkanlılar da olub. Baxıb demişəm ki, nə yaxşı, mən də edim. Onun qabaqda olmağı məni çalışmağa məcbur edib. Onun ayağından dartsam xeyir tapacam? Yox. Ona Allah verib, onun işinə qarışmaram. Allahdan istəyirəm, əziyyət çəkirəm və mükafatını alıram. Qısqanmaq lazım deyil”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli “Səhnə adamı” yutub layihəsində deyib.

Müğənni oğlunun kiçik toyuna türkiyəli müğənni İbrahim Tatlısəsi gətirməsi və ona verdiyi qonorarla bağlı suala “İbrahim Tatlısəsin fanatı olmuşam. Türkiyədə yaxşı dostlarım var idi, onlar vasitəsi ilə əlaqə yaratdıq və dəvət etdik. Arzum idi və gerçəkləşdirdim. Qonorar elə sirr olaraq da qalsın” cavabını verib.

Qeyd edək ki, N.Ələsgərlidən dəfələrlə qonorarın məbləği soruşulsa da o, açıqlamayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90