image-rt-reklam
image-1backend

Nura Suridən İLGİNC ÇAĞIRIŞ: “Məktəblərdə kamera quraşdırılsın, ciddi nəzarət edilsin”

image-728x90

“Azərbaycanda təhsilə mütləq və ciddi şəkildə dəyişiklik edilməlidir”.

Ulusal.az  bildirir ki, bu sözləri müğənni Nura Suri deyib.

Müğənni xüsusən də dövlət məktəblərindəki vəziyyəti tənqid edib:

“Uşaqlara təhsil vermək, onların məktəbdənkənar vaxtını oğurlamaq demək deyil. Ev tapşırıqları ilə uşaqları və valideynləri yükləmək təhsil vermək hesab olunmur. Uşaqları idmana, musiqiyə, rəsmə, rəqslərə və digər fəaliyyətlərə yönləndirmək, onların zehni inkişafına daha çox faydalı olacaq. Bunun əvəzinə, uşaqları beyinlərinin hələ qəbul edə bilmədikləri dərslərə yükləyərək, onları həyatdan bezdirmək doğru deyil.

Dövlət məktəblərində təhsil alan uşaqların valideynləri onsuz da min bir əziyyətlə əlavə hazırlıqlara, müəllimlərə pul xərcləmək məcburiyyətindədirlər. Dövlət məktəblərində kameraların quraşdırılması və ciddi nəzarətin həyata keçirilməsi vacibdir. Eyni zamanda, məktəblərdə peşəkar və savadlı psixoloqların fəaliyyət göstərməsi də mütləqdir.

Əmək və əhalinin sosial müdafiə nazirliyinin nəzdində, imkanı olmayan uşaqlara dəstək və nəzarət məqsədilə yeni bir şöbə açılmalıdır. Bu şöbə icra hakimiyyətləri ilə də əlaqədə olmalıdır. Azərbaycanın gələcəyi üçün savadlı və sağlam düşüncəli insanları yetişdirməliyik”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90