image-rt-reklam
image-media-heyder-fha2wmxuzjq4tvscb739-620x460backend

Nüfuzlu Siyasi Liderə Yaranmış Xilaskarlıq Missiyası

image-728x90

Sənan Hüseynov – Nəsimi rayon gənci, ADNSU II kurs tələbəsi, Nyu-York Elmlər Akademiyasının üzvü
Tarixə yenidən nəzər salsaq, Heydər Əliyev çox çətin bir zamanda siyasətə qayıtmışdır. Demək olar ki, Azərbaycan 1991– 1993-cü illərdə sözün əsl mənasında məhv olmaq, parçalanmaq ərəfəsində idi. Həmçinin əlavə maliyyə problemləri, çoxsaylı dövlət çevrilişləri, ordunun sıradan çıxması kimi hallar ölkədəki gərginlik daha da artırmışdır.
O zamanlar Xalq cəbhəsi hakimiyyəti Azərbaycanı daha da sürətlə zəiflətməyə başlamışdır. Onlar hakimiyyətdə yalnız bir il qala bilməyi bacarmışdılar. Lakin bu bir il ərzində baş verən bir sıra hadisələr ölkəmizdə qarışıqlığa səbəb olmuş və xarici ölkələrlə əməkdaşlıq, həmçinin diplomatik və diasporla iş üzrə münasibətlər düzgün təşkil edilməmişdir.
Azərbaycan Respublikasının paytaxtında isə siyasi böhran getdikcə dərinləşməkdə davam etmiş, həmçinin hakimiyyət uğrunda çəkişmələr yenidən başlamış və ölkəmiz vətəndaş müharibəsi ilə üz-üzə qalmışdır. Gəncədə də bir qrup zabit özbaşına “hərbi birlik” yaratmış və dövlətçiliyi təhlükə qarşısında qoymuşdur. Qiyamçıların əsas tələbi hakimiyyətdə olan Xalq cəbhəsinin istefa etməsi idi. Bununla bağlı Gəncəyə gedən dövlət nümayəndələri qiyamçılar tərəfindən girov götürülmüşdür. Mövcud vəziyyət o həddə çatır ki, qiyam Gəncədən digər şəhərlərə, həmçinin ətraf bölgələrə yayılmış və Azərbaycandakı daxili qarışıqlıq kəskin şəkildə artmışdır.
Bu hadisələrdən sonra meydanlara axışan insanlar tələb etmişdir ki, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Bakıya çağırılsın. Xalq cəbhəsi vətəndaşların tələbini əməl etməyə məcbur olur və Heydər Əliyevi Bakıya dəvət edilir. 1993-cü ilin 9 iyun tarixində Heydər Əliyev Bakıya gəlmiş və Ulu öndərin paytaxta gəlməsi ilə hər şey mərhələli şəkildə düzəlməyə başlamışdır. Milli Məclisdə Gəncə qiyamı ilə bağlı müzakirələr başlamış və Heydər Əliyev Gəncəyə gedəcəyini bəyan etmişdir. Bir neçə gündən sonra vəziyyətlə yerində tanış olmaq üçün Gəncəyə yola düşən Heydər Əliyev bütün imkanlardan istifadə edərək silahlı qarşıdurmanın kəskinləşməsinin qarşısını almışdır. Keçirilən görüşdən dərhal sonra Heydər Əliyev bütün ictimai xadimlərə və dövlət rəhbərliyinə Milli Məclisdə geniş məlumat vermiş, həmçinin hadisənin artıq nəzarət altında olduğunu qeyd etmişdir.
Bütün bu dövr ərzində ölkədə vəziyyətin sabitləşməsinə mane olan qüvvələr hər cür pozuculuq fəaliyyətini davam etdirmişdir. Müdafiə Nazirliyinin rəhbərliyində duran şəxslərin ordudakı çətin vəziyyəti tənzimləyə bilməməsi nəticəsində Xocavənd, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan kimi qədim torpaqlarımız ermənilər tərəfindən zəbt olunmuşdur.
Dövlət strukturlarının iflic olduğu, ölkə ərazisində olan qanunsuz silahlı birləşmlərin tüğyan etdiyi, xaosun hökmranlıq etdiyi çətin bir zamanda iyun ayının 15-də Heydər Əliyev parlamentdə təmsil olunan 39 nəfərin iştirakı ilə keçirilən sesissiyada 34 nəfərin səsini toplayaraq Azərbaycan Respublikası Ali Sovetinin 4-cü Sədri seçilmişdir.
Ümummilli Lider Heydər Əliyevin bu kimi xidmətlərindən sonra Azərbaycan uçurumun kənarından xilas olmuş və müasir bir dövr qədəm qoymuşdur. Bu dövrə biz müasir Azərbaycanın tərəqqiyə gedən yolunun başlanğıçı kimi də adlandıra bilərik.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90