Noyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 12 961 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 7 921 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 2 388 müraciət daxil olub.
BŞTİ-yə 2 295 sənəd (vətəndaşlar tərəfindən 926 ərizə, Elm və Təhsil Nazirliyindən 457, digər qurumlardan 234, tabelikdə olan təhsil müəssisələrindən 332 məktub və 346 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 357 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.