image-2000x150
image-1backend

Novruz Məmmədov vəzifəsindən azad edildi

image-728x90

Sabiq baş nazir, professor Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən azad edilib.

Ulusal.az Report-a istinadla xəbər verir ki, N.Məmmədov ötən ay işdən azad olunmaq üçün öz ərizəsi ilə universitetin rektoru Kamal Abdullaya müraciət edib.

ADU-nun mətbuat katibi Cavid Zeynallı faktı açıqlamasında təsdiqləyib. O bildirib ki, hələ sözügedən vəzifəyə yeni təyinat olmayıb.

Qeyd edək ki, N.Məmmədov uzun illər Azərbaycan Prezidentinin Administrasiyasında şöbə müdiri vəzifəsində çalışıb. O, Azərbaycanın 10-cu Baş naziri olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90