image-rt-reklam
image-1backend

“Növbədənkənar prezident seçkilərində İlham Əliyevə alternativ olmağın, özü belə tarixi hadisədir”

image-728x90
“Qarşıda növbədənkənar prezident seçkiləri gəlir. Düzdür seçki keçiriləcək. Görünən odur ki, Azərbaycan xalqının seçimi məlumdur. Biz səsimizi bizi 30 illik işğaldan xilas edən, düşmənin başından dəmir yumruğu ilə zərbə vuran İlham Əliyevə verəcəyik… Bu gün İlham Əliyev Azərbaycanın səsini dünyaya çatdıran, sözün əsl mənasında Azərbaycanı regionun göz bəbəyinə çevirən əvəzedilməz liderdir. Hamının seçimi İlham Əliyev olacağı üçün, bu reallığı qəbul edə bilməyən bəzi qüvvələr seçkidə fəallığın aşağı olacağı və seçkidə iştirak edəcək namizədlərin formal olduğu kimi qeyri-obyektiv fikirlər səsləndirirlər. Bu qüvvələr güclü Azərbaycan istəməyən qüvvələrdir…”Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, növbədənkənar prezident seçkilərində seçici fəallığının aşağı olacağı ilə bağlı səsləndirilən fikirlər qəbuledilməzdir.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

“Bu fikirdə olanların əsas arqumentləri anlaşılandır, o mənada ki, ölkə başçısı İlham Əliyevin xalq arasında reytinqi ən yüksək dövrünü yaşayır. Heç bir cəmiyyət yekdil deyil. Tək-tük olsa da, mənfi yanaşanların olması, təbiidir. Əksinə, düşünürəm ki, fəallıq daha artıq olacaq. “Prezidentliyə namizədliyini irəli sürmüş digər namizədlər formaldır”, fikirlərini bölüşmürəm. Konstitusiya var və hər bir vətəndaş konstitusiyaya uyğun olaraq şansını sınaya bilər. Seçki marafonunda İlham Əliyevə alternativ olmağın, özü belə tarixi hadisədir”- deyə deputat vurğulayıb.

Deputat qeyd edib ki, prezident İlham Əliyevlə, onların arasında kəskin reytinq fərqinə də normal yanaşmaq lazımdır. Cənab Prezident 200 ildən artıq müddətdə itirdiklərimizi geri qaytarmaqla, adını tarixə yazdırmış liderdir. Müasir dünyada, son dərəcə mürəkkəb geosiyasi şəraitdə, ikinci belə dövlət başçısına rast gəlmək mümkün deyil.

“Son 30 ildə iqtidarlı, müxlifətli bütün Azərbaycan xalqı dəfələrlə qeyd edirdi ki, kim erməni işğalından torpaqları azad etsə, o da əbədi olaraq prezident olacaq. Hesab edirəm ki, Müzəffər Ali Baş Komandan kimi tarixə düşmək xoşbəxtliyi, ilk növbədə Allahın seçdiyi şəxsə nəsib ola bilər. Hər şey şəffafdır, göz qabağındadır. İnsanlar gördüklərinə, real işlərə, əldə olunan nəticələrə inanırlar”-deyə deputat qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90