image-rt-reklam
image-4backend

Nizami rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rəsm müsabiqəsi keçirilib- FOTOLAR    

image-728x90

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 07 iyun 2024-cü il tarixində  Heydər Bağı – Park Bulvarda məktəblilər arasında “Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib.

Tədbiri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Həsənova açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırışdır. Eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Qeyd olunub ki, “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı məlumatlılığın artırılması, xüsusilə də yeniyetmə-gənclərin ekoloji proseslərdə fəal iştiraka təşviq edilməsi istiqamətində müxtəlif mövzularda ekoloji maarifləndirmə tədbirlərinin aparılması vacib məsələlərdən sayılır. Məktəblilər arasında ekoloji maarifləndirmə tədbirləri çərçivəsində rəsm müsabiqəsinin keçirilməsi ekoloji mədəniyyətin və ətraf mühitin qorunmasının təbliği, eyni zamanda, onların istedadlarının nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Sonra rəsm müsabiqəsinə start verilib. Ümumilikdə müsabiqədə rayon üzrə 24 orta ümümtəhsil müəssisələrindən, həmçinin 3 və 8 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzlərindən və sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbindən 60 nəfər məktəbli iştirak ediblər.

Tədbirin sonunda Münsiflər Heyətinin qərarı ilə qalib seçilib, eləcə də fərqlənən məktəblilər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıblar.

Rəsm müsabiqəsində həmçinin 3 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Azəri inciləri” mahnı və rəqs ansamblı musiqi proqramı ilə çıxış edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90