image-rt-reklam
image-19-02-2025-qh-1backend

Nizami rayonunda kəskin qarlı hava şəraitinə hazırlıqla bağlı müşavirə keçirilib

image-728x90

Ölkə ərazisində kəskin qarlı-şaxtalı hava şəraitinin gözlənilməsi ilə əlaqədar 19 fevral 2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov gözlənilən qarlı hava şəraiti ilə bağlı xidmət qarşısında duran vəzifələrini qeyd edib. Kəskin qarlı hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması, rayonun küçə və prospektlərinin, məhəllədaxili yollarının qardan və buzdan təmizlənməsi üçün operativ tədbirlərin görülməsi və görülən işlərin nəticəsi barədə mütəmadi olaraq Rayon İcra Hakimiyyətinə məlumat verilməsi tapşırılıb.
Müşavirədə qarlı hava şəraitində küçə və prospektlərlə yanaşı əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatların müəyyənləşdirildiyi, kommunal qurumların, digər idarə və təşkilatların sərəncamında olan xüsusi texnikaların saz vəziyyətə gətirildiyi, əlavə texnikaların ayrıldığı, müəyyən olunmuş ərazilərdə duz tədarükü görüldüyü, işçi qrupları yaradıldığı qeyd olunub. Bundan başqa ərazidə mövcud vəziyyətinin öyrənilməsi ilə bağlı monitorinq qruplarının təşkil olunduğu diqqətə çatdırılıb.
Eyni zamanda müşavirədə, aidiyyəti qurumların, rayon xidmət və təsərrüfat sahələri tərəfindən rayon ərazisində yerləşən yaşayış və qeyri-yaşayış binalarının fasiləsiz elektrik, qaz, istilik və su ilə təmin olunması ilə bağlı tədbirlər görülməsi tapşırılıb.

image-img-20250221-wa0051 image-img-20250221-wa0052 image-img-20250221-wa0048 image-img-20250221-wa0049 image-img-20250221-wa0050 image-img-20250221-wa0047 image-19-02-2025-qh-3 image-19-02-2025-qh-7 image-19-02-2025-qh-8 image-19-02-2025-qh-2 image-19-02-2025-qh-5 image-19-02-2025-qh-1

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90