Nizami rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində yaşıllıqların salınması davam etdirilir, müxtəlif növ ağaclar, bəzək kolları, mövsümi güllər əkilir, ot örtükləri yenilənir.
Bu gün Nizami Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev adına Neft Emalı Zavodunun birgə təşkilatçılığı, YAP Nizami rayon təşkilatının üzvlərinin, rayon ictimaiyyətinin, eləcə də digər müəssisə, təşkilatların kollektivlərinin iştirakı ilə keçirilən növbəti ağacəkmə aksiyasında Mikayıl Əliyev küçəsində 2 hektar sahəni əhatə edən ərazidə 2000 ədəd müxtəlif növ ağac və kol əkilərək mövcud yaşıllıq zolağı genişləndirilib.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayon ərazisində ilin əvvəlindən bu günədək 28000-dən artıq müxtəlif növ ağac və kol əkilib.
Bundan əlavə, 18-27 oktyabr tarixlərində rayon ərazisində 11000-dən yuxarı müxtəlif növ ağac, bəzək kolu və mövsümi güllərin əkilməsi nəzərdə tutulub.