image-rt-reklam
image-img-20240709-wa0030backend

Nizami Rayon Ağsaqqallar Şurasının növbəti hesabat yığıncağı keçirilib- FOTOLAR 

image-728x90

Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə güllər qoyub, xatirəsini böyük ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik, VI çağırış Milli Məclisin deputatı Əhliman Əmiraslanov, VI çağırış Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.
Tədbirdə Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyevin hesabat məruzəsi dinlənilib, məruzə ətrafında çıxışlar olub.
Tədbirin sonunda Nizami Rayon Ağsaqqallar Şurasının üzvlərinə rayonun ictimai həyatında fəal iştiraklarına görə təşəkkür edilib, gələcək işlərində onlara uğurlar arzulanıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90