image-rt-reklam
image-photo_187239backend

“Niyə bunların sülhməramlıları özbaşınalıqla məşğuldur?” – Polkovnikdən Rusiya MN-ə REAKSİYA

image-728x90

Artıq bir neçə gündür ki, Azərbaycan Müdafiə Nazirliyi ard-arda Rusiya Müdafiə Nazirliyinin saytında Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərmizin uydurma erməni toponimləri ilə qeyd olunmasına etiraz etməkdədir. Buna baxmayaraq, Rusiya tərəfi hələ də Azərbaycanın çağırışlarına əməl etmir. 

Eyni zamanda bildirək ki, Rusiya sülhməramlıları noyabrın 24-də İran xüsusi İran xüsusi xidmət orqanlarının terror-diversiya üzrə ixtisaslaşan 14 vətəndaşının Laçın dəhlizi vasitəsilə Xankəndiyə gəlməsinə şərait yaradıb ki, bu da Azərbaycanda rus hərbçilərinin fəaliyyəti ilə bağlı ciddi narazılıq yaradıb.

Mövzu ilə bağlı Redaktor.az-adanışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov qeyd etdi ki, Azərbaycan qısa qısa bir müddətdə bu məsələni həll etməlidir. Onun sözlərinə görə, artıq hər şey əndazədən çıxır.

“Təsəvvür edin ki, orada təkcə Ermənistandan deyil, artıq İrandan da mütəxəssislər gətirilir. Özü də o mütəxəssislər ki, vaxtı ikən ayrı-ayrı ölkələrdə, döyüşlərdə iştirak etmiş mütəxəssislərdir. Orada separatçılara dəstək olmaq üçün gətirilib. Azərbaycan qəti addımlar atmasa, Laçın dəhlizinə nəzarəti təcili şəkildə həyata keçirməsə, bu bədməramlılardan çox böyük bəlalar və bədbxtçiliklər görəcəyik. Azərbaycan Müdafiə Nazirliyi neçə gündür bunlara müraciət edir. Heç onlar Azərbaycanın müraciətlərinə, ümumiyyətlə reaksiya vermirlər. Əksinə, Rusiya Xarici İşlər Nazirliyi başda nazir Lavrov olmaqla gic-gic bəyanatlar səsləndirir. Hansı ki, o bəyanatları Azərbaycan neçə ay bundan qabaq dünya ictimaiyyətinin diqqətinə çatdırıb. İndi bunlar guya özlərini ağıllı sayırlar. Biz bunu vaxtı ikən demişik ki, Ermənistandan yox, Azərbaycandan olan ermənilər Azərbaycan qanunları çərçivəsində bizim ərazilərimizdə qalıb yaşaya bilərlər. İndi bunun Lavrovun təkrar etməsinə nə ehtiyac var? O, Azərbaycanın haqlı iradlarına cavab verməlidir. Azərbaycanın yaşayış məntəqələrinin niyə erməni dilində “Mardakert”, “Martuni”, “Maqavuz”, “Stepanakert” yazılmasına aydınlıq gətirməlidir. Niyə bunların sülhməramlıları özbaşınalıqla məşğuldur? Niyə bunun təmsil olunduğu ölkə Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycannın yaşayış məntəqələrinin adlarını təhrif edir və Azərbaycanın ərazi bütövlüyününə, suverenliyinə hörmətsizlik nümayiş etdirir”.

Ü.Cəfərov sonda onu da qeyd etdi ki, Ermənistan vaxt udmağa çalışsa da, amma bu vaxt onun üçün çox faciəvi nəticələnəcək:

“Azərbaycan bundan sonra uzun müddət gözləməyəcək. Heç ona imkan da verilməyəcək və qısa bir müddətdə bu məsələ öz həllini tapmalıdır. Ya yaxın vaxtlarda Ermənistan ağlımı başına yığıb Azərbaycanla sülh müqaviləsi imzalayacaq, ya da ki, Ermənistan yenə də bu dəfə üçüncü və sonuncu zərbəsini alacaq. Bununla da o uzun illər əlil və zəlil duruma düşəcək” .

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90