Əməkdar artist Çingiz Əhmədov efirdə Niyaməddin Musayevlə bağlı maraqlı xatirəsini danışıb.
Ulusal.az xəbər verir ki, o, bu barədə “Mətbəxin ağası” verilişində qonaq olarkən danışıb:
“Niyaməddin müəllimlə 20 il bundan əvvəl birgə toyda idik. O da dəstəsi ilə gəlib, 10 min dollara. Mən isə danışmışam toy sahibi ilə ki, 3500 dollar ödəyəcək. Məclis bitən kimi toy sahibi gəldi ki, Niyaməddin müəllim al pulunu, haqqını halal et. Mən də əlinə baxırdım. Məni görən kimi pulu gizlətdi, arxa cibinə qoyub pencəyini də üstünə saldı. Mən də öz pulumu cibimə qoyub yanına getdim ki, bəs sizə bir işim düşüb. Dedi, hə, buyur. Xahiş etdim ki, mənə 100 dollar versin, bir yer var, ora ödəməliyəm. Dayandı, baxdı-baxdı, dedi, elə mənim özümü apar da, Vaşinqtonam”.
Qeyd edək ki, Corc Vaşinqtonun şəkli 1 Amerika dollarının üzərində əks olunub. 100 dollar əskinasın üzərində isə Benjamin Franklinin şəkli var.