image-rt-reklam
image-1backend

Nissan şirkətinin bu avtomobillərində problem: Yüzminlərlə avtomobil yarasız çıxdı

image-728x90

Yaponiyanın Nissan şirkəti 480 min avtomobilini bazardan geri çağırmaq qərarına gəlib. Səbəb şirkət rəsmilərinin bu avtomobillərdə mühərrikin sıradan çıxmasına səbəb ola biləcək texniki nasazlıqlardan narahat olmasıdır. Ulusal.az xəbər verir ki, bu barədə “Metro” qəzeti məlumat yayıb. Avtomobillər amerikalı və kanadalı istehlakçılar üçün nəzərdə tutulub.

Qüsur VC-Turbo mühərrikində aşkar edilib. Aşağıdakı modellər geri çağırılır: Altima (2019-2020), Infiniti QX50 (2019-2022), Rogue (2021-2024), Infiniti QX55 (2022). Təmir və ya mühərrikin dəyişdirilməsi dilerlərdə həyata keçiriləcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90