image-rt-reklam
image-1backend

Nikol Paşinyan: Ermənistanda inqilab başlayıb

image-728x90

“Ermənistanda əsl sosial-psixoloji inqilab baş verir”.

Ulusal.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bu gün Ermənistanda inqilab başlayıb. Ermənistanda əsl sosial-psixoloji inqilab baş verir. Həmin inqilabın əsası ondan ibarətdir ki, son bir neçə əsrdə ilk dəfə olaraq beynəlxalq səviyyədə tanınmış dövlətimizlə vətənimiz eynidir, bizim vətənimiz Ermənistandır. Yaşadığımız dövlət də Ermənistandır”, – baş nazir bildirib.

Paşinyan əlavə edib ki, Ermənistanın qonşular ilə münasibətlərin normallaşdırılmasına səy göstərməsi, Azərbaycanla sərhədlərin müəyyən olunması prosesinin başlaması, sülh sazişinin mətninin yekunlaşdırılması və kommunikasiyaların açılması yönündə baş verənlər də bu “inqilab”a uyğundur.

Ermənistan baş naziri artıq erməni cəmiyyətinin bu reallıqları qəbul etdiyini söyləyib. Nikol Paşinyan ermənilərin uzun illər qonşu ölkələrin ərazilərini “vətənləri” kimi qəbul etdiklərinə eyham vuraraq, həmişə bunu real dövlətdən – Ermənistandan üstün tutduqlarını, amma artıq bu durumun dəyişdiyini söyləyib.Teleqraf

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90