“Ermənistanın baş naziri Nikol Paşinyan çətin durumla üz-üzədir. Son günlər rəsmi İrəvanın Qərbə doğru addımlar atması, ABŞ-la birgə hərbi təlimin keçirilməsinə razılıq verilməsi Paşinyanın sonunu gətirə bilər. Çünki Rusiya heç zaman xəyanəti bağışlamır” – bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, rəsmi Kreml cəmi iki gün öncə İrəvana son xəbərdarlığını edib.
” Bunun ardınca Ermənistanın NATO-ya qoşulmaq cağırışıp Rusiyanın səbrini daşıra bilər. Ardınca Rusiyanın Ermənistanda tək qoyaraq geri çəkiləcəyi ilə bağlı informasiyalar yayıldı. Daha sonra ermənilər sərhəddə təxribatlar törətməyə başladılar. Bundan sonra Paşinyan yenidən İkinci Qarabağ müharibəsi günlərində olduğu kimi gün ərzində bir xeyli dövlət başçısını telefonla narahat edib, Azərbaycandan şikayət etməyə başladı. Paşinyanın zəng etdiyi liderlər arasında qonşu Gürcüstanın baş naziri İrakli Qaribaşvili də olub. Paşinyan o biri liderlərə dediyini Qaribaşviliyə də təkrarlayıb: “Azərbaycan prezidenti ilə görüşməyə hazıram”.
İrakli Qaribaşvili Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçi ola biləcəyini bir ildən artıqdır vurğulayır. O bu məqsədlə bir neçə dəfə Bakıya və İrəvana səfərlər edib. Prezident İlham Əliyev Gürcüstanın vasitəçiliyinə müsbət baxarkən, Nikol Paşinyan İrakli Qaribaşviliyə konkret heç nə demirdi. Makrona yalvarmaqdansa, Cənubi Qafqazın üçüncü dövləti olan Gürcüstanda görüşmək məqbul olmazmı? Böyük ehtimalla İrakli Qaribaşvili İlham Əliyevə də zəng edərək üçlü görüş üçün Tiflisi təklif edə bilər.” -deyə Arzuman Muradlı bildirib.