image-2000x150
image-ashotyan1672233366backend

Nikol erməni xalqının taleyini SMS-lə həll edirsə… – Aşotyan

image-728x90
Dünən məşhur cütlüyün (Paşinyan və arvadı Anna Akopyan – red.) yaydığı keyfiyyətsiz foto erməni informasiya meydanını zəbt etdi. Erməni mətbuatı Azərbaycan XİN rəhbərinin sülh müqaviləsi ilə bağlı bəyanatına əhəmiyyət vermədi. Bəyanata görə, sülh müqaviləsinə dair danışıqlar prosesi onlayn diplomatiya sferasına keçib. Bəs bu nə deməkdir?

Ulusal.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib.

“Az-çox iş təcrübəsi olan insanlar yaxşı bilirlər ki, onlayn formatda sənədlər üzərində işləmək yalnız bu sənədlərin əsas prinsipləri, mərhələləri və məqsədləri razılaşdırıldıqda mümkündür.

1. Sual olunur ki, Ermənistan-Azərbaycan danışıqlar prosesi onlayn rejimə keçərsə, tərəflər hansı prinsiplər üzərində razılığa gəliblər? Bir daha sizə dərc etdiyim sənədin mövcudluğunu xatırladıram, burada ən mühüm prinsiplərdən biri Ermənistan tərəfinin Qarabğı Azərbaycanın tərkibində tanımasıdır.

2. Dəfələrlə şahidi olmusunuz ki, bizi təmsil edən dəstə ictimai məkanda, çıxışlarında maraqlarımızı və yanaşmalarımızı lazımi şəkildə təmsil edə bilmir və ya bunu etmək istəmir. Öz zamanında populist natiqliyi ilə parlayan Paşinyan mütəmadi olaraq Azərbaycan lideri ilə danışıqlarda dərin çuxurlara düşür. Onun bütün digər danışıqlar aparanları da eyni vəziyyətdədirlər.

3. Canlı təmaslar zamanı bütün növ danışıqlarda vasitəçilər olur ki, onların mövcudluğu danışıqların daha əlverişli məzmununu yaratmaq üçün istifadə oluna bilər. Aydındır ki, onlayn yazışmalar zamanı Azərbaycan və ya erməni tərəfləri öz elektron poçtlarına “cc” və hətta “bcc” qoya bilərlər, lakin vasitəçilərin danışıqlar prosesindən yekun şəkildə kənarlaşdırılması Ermənistanın danışıqlarda şanslarını daha da zəiflədəcəkmi?

4. Danışıqlar prosesinin keyfiyyətinin aşağı düşməsini onlayn formatda belə ciddi danışıqlarla bağlı təmaslar da sübut edir.

Axı belə ciddi məsələ ilə bağlı danışıqlar prosesi nə alış-veriş, nə striminq, nə qumar, nə tanışlıq, nə də bankçılıqdır. Ermənistan Qarabağı və erməni xalqının taleyini SMS köməyi ilə həll edirsə, bundan aşağı düşmək olmazıdı. Bir sözlə, Nikol və Əliyev çox tələsirlər və danışıqların onlayn formatı bunun ən bariz sübutlarından biridir”, – o bildirib

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90