image-rt-reklam
image-1backend

“Niderlandın Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə “kağız parçası”ndan da aşağı dəyərdədir”

image-728x90

“Niderlandın Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə “kağız parçası”ndan da aşağı dəyərdədir”

Bu sözləri Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Deputat qeyd edib ki, erməni diasporasının və onlara lobbiçilik edən təşkilatların Azərbaycana təzyiq vasitələrindən biridir. Həmin qruplar, separatçıların liderlərinin hazırki hüquqi statusunun dəyişdirilməsini, “hərbi əsir” kimi tanınmasına cəhd edirlər. Baxmayaraq ki, həmin şəxslərin Azərbaycan xalqına qarşı törətdikləri ağır cinayətlər barədə özlərinin etiraf etdikləri videofaktlar mövcuddur: “Necə ola bilər ki, mülki şəxsləri, uşaqları, qadınları, yaşlıları qətlə yetirən, gecələr şəhərləri bombalamaq əmrini verənlər, məhkəmə olmadan azadlığa buraxılsın, cəzasız qalsın. Buna hansı xalq dözər. Cinayətkarın cəzasız qalması, istənilən cəmiyyətin fundamental dəyərlərini laxladır. Separatçıların törətdikləri cinayətlərin əksəriyyəti, təkcə bizim xalqımıza yox, insanlıq əleyhinə olan cinayətlərdir. Xocalı və digər yaşayış məntəqələrində aparılmış qətliamlar, Gəncənin beynəlxalq konvensiyalara görə qadağan olunmuş kasset raketlərlə gecəyarısı atəşə tutulması və s. bu qəbildəndir”.

 

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

Deputatın fikrincə, kimin hansı qətnamə qəbul etməsindən asılı olmayaraq, cinayətkarların siyasi təzyiq altında azadlığa çıxarılmasına qəti şəkildə yol vermək olmaz.

Nəsib Məhəməliyev vurğulayıb ki, 10 oktyabr qətnaməsi, Niderland parlamentinin ölkəmiz əleyhinə qəbul etdiyi yeganə sənəd deyil. Əvvəllər də, xüsusilə 44 günlük müharibədən sonra adı çəkilən parlament tərəfindən çoxsaylı kağız parçaları qəbul olunmuşdur. Niderlandla yanaşı, Fransa və bəzi kiçik Avropa ölkələri də, zaman-zaman mənfi tərəfdən fərqlənir və ermənipərəst mövqe sərgiləyirlər.

“Təbii ki, tipli qətnamələr qəbul edilməzdir və ikili standartlardan qaynaqlanır. Sadə vətəndaşlar arasında demokratik dəyərlərə, hüquq və azadlıqların qorunmasına inamsızlıq yaradır”-deyə deputat qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90