image-rt-reklam
image-1backend

Oqtay Şirəliyevin yerinə təyinat olacaq

image-728x90

Oktyabrın 9-da, saat 10:00-da “Respublika Diaqnostika Mərkəzi” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Ulusal.az xəbər verir ki, yığıncaq cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Tbilisi prospekti, 147 ünvanında olacaq.

Yığıncağın gündəliyinə ASC-yə baş direktorun seçilməsi daxildir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinin məlumatlarına əsasən, indiyə qədər “Respublika Diaqnostika Mərkəzi”nə keçmiş səhiyyə naziri, oktyabrın 3-də vəfat etmiş Oqtay Şirəliyev rəhbərlik edib.

Mərkəz 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,415 milyon manatdır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90