image-rt-reklam
image-1backend

Netanyahunun oğlu aranı qarışdırdı: Onu Hitlerə, anasını Göbbelsə bənzətdi

image-728x90

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu daha bir qalmaqallı açıqlama verib.

Ulusal.az xəbər verir ki, o, İsrail və HƏMAS arasında vasitəçi kimi xidmət edən Qətəri hədəf alıb.

Yair Netanyahu sosial şəbəkədəki paylaşımında Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tanini Adolf Hitlerə, anası Moza bint Nasseri isə nasist Almaniyasının təbliğatçısı Cozef Göbbelsə bənzədib:

“Qətər 1930-1940-cı illərdən bəri görünməyən antisemitizm dalğasının arxasında duran əsas gücdür. Qətər bugünkü nasist Almaniyasıdır. Qətərin yəhudilərə qarşı onilliklər boyu davam edən qarayaxma kampaniyası və bu kampaniyaya milyardlarla dollar maliyyə dəstəyi verməsi səbəbindən dünyadakı bütün yəhudilər ciddi təhlükə altındadır. Qətər əmiri Əl Tani və anası Moza bint Nasser günümüzün Hitler və Göbbelsdir”.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90