image-rt-reklam
image-1backend

Netanyahu İordaniyaya divar hörəcək

image-728x90

İsrail Baş naziri Benyamin Netanyahu İordaniyadan silah və insan qaçaqçılığının qarşısını almaq məqsədilə sərhədə divar inşa etməyi planlaşdırdığını bildirib. O, 8 sentyabrda 3 İsrail vətəndaşının öldürüldüyü Kral Hüseyn sərhəd qapısında yoxlamalar aparıb.

Netanyahu burada verdiyi açıqlamada “Çox tərəfli bir münaqişənin ortasındayıq və bu vəziyyətdə İordaniya ilə şərq sərhədimizin təhlükəsizliyini təmin etməliyik. Bura sülh sərhədidir və onu belə saxlamaq üçün İordaniya ilə əməkdaşlıq edirik” dedi.

İsrail Baş naziri İordaniya üzərindən işğal altındakı Qərbi Şəriyə və İsrail şəhərlərinə silah və “terrorist” olaraq adlandırdığı insan qaçaqçılığının artdığını iddia edərək, bunu dayandırmaq üçün bütün tərəflərlə əməkdaşlıq etdiklərini qeyd edib.

Netanyahu əlavə edib: “Burada qaçaqçılıq cəhdlərinə qarşı möhkəm bir divar inşa etmək üçün çalışacağıq, bunu da qonşularımızla koordinasiyalı olaraq edirik. Bu sərhədlərin sülh və təhlükəsizlik sərhədləri olaraq qalmasını təmin etmək bizim üçün önəmlidir.”

İordaniya ilə İsrail 1994-cü ildə Vadi Araba Razılaşması adlandırılan sülh müqaviləsini imzalamışdır.

İsrail Xarici işlər nazir Yisrael Katz 13 avqustda İran İnqilab Mühafizəçilərinin İordaniyaya, oradan da Qərbi Şəriyyəyə silah və pul qaçırmaq üçün Livandakı HƏMAS ilə əməkdaşlıq etdiyini iddia edərək İordaniya sərhədinə sürətlə divar inşa edilməsi haqqında bildiriş edib.

İordaniya Xarici işlər naziri Əyman Səfadi isə İsrailli nazirə belə cavab vermişdir: “İordaniyanı hədəf alan ekstremist İsrailli rəsmilərin yaydığı yalanlar, uydurma iddialar, İsrailin Qazaya hücumları, beynəlxalq hüququ və Fələstin xalqının hüquqlarını pozması, İsrailin bölgənin təhlükəsizliyi və sabitliyi üçün ən böyük təhdid olduğunu gizlədə bilməz.”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90