image-rt-reklam
image-azl-258807backend

Nəsimi Nəbizadə yenidən AzTV-də

image-728x90

Tanınmış teleaparıcı, Əməkdar jurnalist Nəsimi Nəbizadə yenidən Azərbaycan Televiziyasında (AzTV) işə düzəlib.

Ulusal.az xəbər verir ki, bu barədə Bakupost.az -a Əməkdar jurnalist özü bildirib.

O qeyd edib ki, bundan sonra AzTV-də Xəbərlər redaksiyasında çalışacaq:

“Bakupost-a müsahibəmdən sonra bir sıra iş təklifləri aldım. Yenidən AzTV-yə qayıtdım. Bunun üçün hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, N.Nəbizadə bu yaxınlarda geniş videomüsahibə vermişdi.

O, müsahibəsində jurnalistikadan uzaqlaşdığı son 3-4 ildə başına gələnlərdən, üzləşdiyi çətinliklərdən danışmış, yenidən jurnalistikaya qayıtmaq arzusunda olduğunu bildirmişdi:

“İş təklifləri gözləyirəm. İnanıram ki, mənim səsimi eşidəcəklər”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90