2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev Yeni Şərif kəndinin seçiciləri ilə görüş keçirdi.
Tədbiri giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev onu da bildirdi ki, Azərbaycan uğurlu siyasəti ilə hər bir hədəfə zamanında nail olur: “Tarixi Zəfərimizin – ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasının yaratdığı reallıqlar həm Azərbaycan, həm də bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyasının seçki platformasında qazandığımız uğurlarla yanaşı, qarşıda duran əsas hədəflər də əksini tapıb”.
Partiya veteranı,Seçki qərargahının üvü Tinov Bağmanov,kənd sakini Rüxsarə Hacıyeva,YAP fəalları Qoqayeva Səfiyyə,Muradova Nuranə Yeni Şəriflilərin seçkiyə hazır olduğunu,1 Sentyabrda öz layiqli namizədinə dəstək olacaqlarını bildirdilər.
Deputatlığa namizəd Nəsib Məhəməliyev seçiciləri seçki platformasi ilə tanış etdikdən sonra qeyd edib ki, Yeni Azərbaycan Partiyası sınaqlardan şərəflə çıxıb, daim Azərbaycanın inkişafına xidmət edən məqsədyönlü addımlar atıb: “Son 30 ildə əldə olunan uğurlar göz qabağındadır. Bütün sahələrin inkişafı təmin edilib. Azərbaycan dünyada söz və nüfuz sahibinə çevrilib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Siyasi sabitliyin və milli birliyin qorunması, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması, tarixi Zəfərimizin beynəlxalq müstəvidə tam və qəti şəkildə təsbit olunması, dövlətimizin hərbi qüdrətinin daha da artırılması, Böyük Qayıdış Proqramının ardıcıl olaraq və zamanında həyata keçirilməsi, regionda dayanıqlı sülhə, etibarlı təhlükəsizliyə, çoxşaxəli əməkdaşlığa nail olunması qarşıda duran başlıca hədəflərdir”.
Ramazan Abal