image-2000x150
image-nesib66backend

Nəsib Məhəməliyev: “Terrorçuların tərki-silah olması istiqamətində müəyyən əməliyyatlar həyata keçirilə bilər”

image-728x90

“Azərbaycan növbəti dəfə Ermənistana xəbərdarlıq etdi. Bu, birinci xəbərdarlıq deyildi. Hətta Ali Baş Komandan İlham Əliyev səviyyəsində dəfələrlə xəbərdarlıq edilmişdi ki, Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Konkret olaraq 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli razılaşmanın dördüncü və doqquzuncu bəndləri icra olunmayanadək təbii ki, Ermənistanla hər hansı sülh müqaviləsinin bağlanmasından söhbət gedə bilməz. Azərbaycan dövləti öz ərazisində – Qarabağda erməni silahlı birləşmələrinin saxlanılmasına göz yuma, onların Qarabağda yenidən silahlanmalarına, təşkilatlanmalarına imkan verə bilməz. Dəfələrlə gördük ki, erməni terrorçu dəstələri Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdikləri ərazilərdə yeni səngərlər qazmaqla məşğuldurlar. Yeni mühəndis istehkamları qururlar. Əlbəttə ki, buna göz yuma bilmərik. Bu, bilavasitə Azərbyacanın milli təhlükəsizliyinə təhdiddir və belə də qəbul olunmalıdır…”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, təxminən, 18-20 min civarında erməni silahlı dəstələrinin Qarabağda qanunsuz fəaliyyət göstərmələri artıq heç kimə sirr deyil: “Ermənistan zaman-zaman onların təchizatında, silah-sursatla təmin olunmasında və şəxsi heyətin rotasiyasında iştirak edir. Ermənistanın siyasi hakimiyyəti müxtəlif yalan məlumatlar yayır ki, guya Qarabağda qalmış erməni silahlı birləşmələri ilə heç bir əlaqələri yoxdur. Amma bütün bunlar yalandır və bilavasitə Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir. Bu yaxınlarda televiziya kanalları vasitəsilə Müdafiə Nazirliyimizin nümayiş etdirdiyi kadrlardan da göründü ki, bir neçə dəfə Laçın yoluna alternativ dağ yolları – Turşsu-Xəlfəli yolu ilə silah-sursat daşınır. Bu, real video-kadrlardır və buna uyğun olaraq Azərbaycan Müdafiə Nazirliyi xəbərdarlıq etdi. Təəssüf ki, nə erməni tərəfi, nə də rus sülhməramlıları xəbərdarlığa məhəl qoydular. Nəticədə Azərbaycan Ordusu çox az sayda qüvvəmizlə ən yüksək strateji yüksəklikləri ələ keçirdi, postlarını qurdu. Həmin yollar nəzarət altına alındı. Biz dayanıb gözləyə bilmərik ki, Qarabağ ərazisində yenidən separatçılıq körüklənsin, öz daxilimizdə özümüzə qarşı böyük bir qüvvə ilə müharibə başlasın. Bu baxımdan, xəbərdarlıq yerində oldu. Erməni tərəfi növbəti dəfə bundan nəticə çıxarmasa, təbii ki, bu addımların davamı gələcək. Terrorçuların tərki-silah olması istiqamətində müəyyən əməliyyatlar həyata keçirilə bilər”.

Deputatın sözlərinə görə, sülh müqaviləsinin imzalanması bilavasitə Ermənistan tərəfindən asılıdır: “Erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı, kommunikasiyalar açılmalıdır. Necə ki 10 noyabr bəyannaməsində qeyd olunub ki, Naxçıvanla Azərbaycanın Qərb rayonları arasında iqtisadi münasibətlərin tənzimlənməsi üçün kommunikasiyalar açılmalıdır. Bu öhdəlikləri Ermənistan nə qədər ki yerinə yetirməyib, nə sülh müqaviləsindən danışmaq mümkündür, nə də regionda gərginliyin azalmasından. Təəssüf ki, Ermənistanın siyasi rəhbərliyinin, Baş nazir Paşinyanın dəfələrlə – gündə bir neçə dəfə müxtəlif bəhanələrlə, yalanlarla dolu bəyənatlarını eşidirik. Səhər deyirlər ki, sülh müqaviləsinin üzərində işləyirik, razılşadırırıq, axşama yaxın isə Azərbaycanı olmayan cinayətlərdə ittiham edirlər. Bir nəfər belə erməni ölməyib, amma Azərbaycanı erməni xalqının “soyqırımı”nda ittiham edirlər. Belə sülh müqaviləsi imzalanmır, belə münasibət qurulmur. Yəni hər şey Ermənistanın özünü necə aparmasından asılıdır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90