2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin partiyanın Balakən rayon təşkilatının qərargahında rayon gəncləri ilə görüş keçirdi.Tədbiri YAP Balakən rayon təşkilatının sədri Azad Balayev açaraq bildirdi ki,bu təbdir həm görüş,həm təbliğat-təşviqat,həm də maarifləndirici tədbir olaraq diskussiya şəklindədir. Sırasıyla çıxışçılara söz verildi.Çıxış edənlər Osman Əliyev-Vətən müharibəsi iştirakçısı,təbliğat-təşviqat qrupunun üzvü,Mahama Purtiyev-Təbliğat-təşviqat qrupunun üzvü,Burhan Əhmədov- Təbliğat-təşviqat qrupunun üzvü,Nicat Mikayılov-Vətən müharibəsi iştirakçısı,partiya fəalı,Qacarova Ayşə-gənc fəalın çıxışlarından aydın olurdu ki,gənclər bu seçkiyə ciddi yanaşır,dövlətçilik naminə olan işləri önəmsəyirlər.Azərbaycanın fəal gəncliyi içərisində Balakən gəncləri dinamik gəncliyin nümunəsidir.Balakən gəncləri hər sahədə yüksək nəticələri ilə seçilirlər.Çıxış edənlər Sentyabrın 1-də hər kəsi seçkidə iştirak etməyə,məntəqələrə gələrək layiqli namizədə səs verməyə çağırdılar.
Natiqlərdən təbliğat-təşviqat qrupunun üzvü, Burhan Əhmədovun çıxışından:-Nəsib müəllim millət vəkili olduğu zamanda Balakən xalqını layiqincə təmsil etmiş, hər bir Balakən sakinin dərdinə şərik olmuşdur. İstər şad istər acı günündə Nəsib Müəllim Balakən sakinlərinin yanında olmuşdur.Ələmətdar günlərdə, bayramlarda,xüsusi tədbirlərdə mütəmadi olaraq iştirak etmiş, ucqar kəndlərə, şəhid ailələrinə baş çəkmiş onların problemlərini dinləmiş və aradan qaldırılması üçün səylərini əsirgəməmişdir.Əsas da gənclərin irəli çəkilməsində öz bilik və bacarıqlarının aşılanmasında,gənclərin vətənpərvər ruhda yetişməsində Nəsib müəllimin dəyərli fikir və məsləhətlərinin böyük əhəmiyyəti vardır. Millət vəkili kimi müsahibələrində ölkə daxilində və ölkə xaricində baş verən hadisələrə savadlı və uzaqgörənli fikirlərini bildirmişdir.2018-ci ildə YAP sıralarına qatılmağımda Nəsib müəllimin çıxışlarının, müsahibələrinin məndə yaratdığı təsirlərinin böyük əhəmiyyəti olmuşdur. Gənclərimizi rayonumuzu savadlı, dövlətə və millətə bağlı,Balakəni hər zaman yorulmadan layiqincə təmsil edən YAP-ın namizədi Nəsib Məhəməliyevə səs verməyə dəvət edirəm.
Sonda söz alan, Yeni Azərbaycan Partiyanin 110 saylı dairədən deputatlığa namizədi Nəsib Məhəməliyev görüş iştirakçılarına seçki platformasından danışaraq geniş, ətraflı məlumat verdi.Nəzərə alsaq ki,görüşdə iştirak edən gənclərin böyük əksəriyyəti tələbələr idi,Nəsib müəllim Azərbaycan dövlətçiliyindən,Ulu Öndərin müasir Azərbaycanı necə qurmasından,cənab Prezidentin Azərbaycanı idarə etməsindən,İlham Əliyevin mükəmməl xarici siyasətindən danışarkən fərqli universitetlərdə təhsil alan tələbələr sanki bir fakültəyə toplaşaraq Azərbaycan dövlətçiliyi fənnindən dərs alırdılar..Gənclərə təşəkkür edən Nəsib müəllim çıxışının sonunda ənənəvi dəvətini səsləndirdi: Sentyabrın 1-i məntəqəyə gəlin,seçkidə iştirak edin,istədiyiniz namizədə səs verin.
YAP sıralarının gəncləşməsinin əsas addımlarından biri partiyaya gənclərin qəbuludur.Bu gün də partiya sıralarına yeni qatılan bir qrup gənclərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edildi.
Ən sonda gənclərlə xatirə şəkil çəkildi.