image-rt-reklam
image-1backend

Nəsib Məhəməliyev Balakənin Qaysa kəndinin seçiciləri ilə görüş keçirdi

image-728x90
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev Qaysa kəndinin seçiciləri ilə görüş keçirdi.
Tədbiri giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev kənd sakinlərini salamlayaraq Yeni Azərbaycan Partiyasının iqtidarı dövründə görülən işlərdən ,qarşıya qoyulan hədəflərdən danışdı.
Təşviqat qrupunun üzvü Meysarat Qaysayeva,partiya fəalları Doldolov Eldəniz,Bağmanova Aynurə,kənd sakinləri Çöpsiyev Bəşir,Terçiyeva Günay yekdilliklə YAP-ın namizədini dəstəklədiklərini bildirdilər.Çıxışçılar birmənalı olaraq hər kəsi seçkilərdə fəal olmağa,seçkiyə gələrək seçdikləri namizədə səs verməyə dəvət etdilər.
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev çıxışında platformasını açıqlayaraq bu seçkirin önəmindən,dövlətçiliyin təməllərindən olan qanunvericilik orqanının fəaliyyətindən danışdı.Sseçimlə olan parlamentimizin sağlam,işlək,dinamik olması üçün bəlli müddət aralığında keçirilən belıə seçkilərdə,bu cürə siyasi kampaniyalarda son sözü vətəndaşın dediyini nəzərə alaraq hər kəsi 1-i Sentyabrda məntəqələrə gələrək istədikləri namizədə səs verməyə çağırdı.Yerdən söz alaraq çıxış edən sakinlər kəndlə bağlı problemlərini,təkliflərini bildirdilər…Görüş müsbət notlarla sonlandı.

Ramazan Abal

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90