2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində avqustun 10-da Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev Yeni Azərbaycan Partiyasının Balakən rayon təşkilatının qərərgahınıda rayon ziyalıları və ağsaqqalları ilə görüş keçirdi.
Əvvəlcə bir qrup rayon ağsaqqalları,ziyalıları və şəhid ailəsi nümayəndələrilə Balakən şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək, abidənin önünə gül dəstələri qoyuldu.Sonra şəhidlər xiyabanı ziyarət olunaraq Şəhidlərin ruhuna dualar oxunub,xatirə kompleksinin qarşısına gül dəstəsi qoyuldu.
Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərinə qələbə əzmi ilə getdiyini bildirib. O, YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib, seçiciləri parlament seçkilərində fəal olmağa çağırıb.Çıxışçılardan rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev,təşviqat qrupunun üzvləri Rəşid Musayev,Şüyöb Mikayılov,iştirakçılardan Ömər müəllim və digərləri cənab Prezidentin də etimad göstərdiyi 110 saylı Balakən dairəsindən deputatlığa namizəd Nəsib Məhəməliyevin layiqli,rayonumuzu yetərincə təmsil edəcək qabiliyyətli,təcrübəli kadr olduğunu və ona dəstək olacaqlarını,səs verəcəklərini bildirdilər.Digərlərini də YAP-ın namizədinə səs verməyə çağırdılar.
Çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev Yeni Azərbaycan Partiyasının xalqın inam və etimadını layiqincə doğrultduğunu, Azərbaycanın inkişafına müstəsna töhfələr verdiyini diqqətə çatdırıb.
Azərbaycanın uğurlarından bəhs edən deputatlığa namizəd ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasını müasir tariximizin ən mühüm hadisəsi və möhtəşəm nailiyyəti kimi dəyərləndirib. O, yeni mərhələdə ölkəmizin qarşısında mühüm hədəflərin durduğunu diqqətə çatdıraraq Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə milli məqsədlərin bundan sonra da uğurla reallaşdırılacağına inamını ifadə edib.
Namizəd Nəsib Məhəməliyev seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Öz növbəsində çıxış edən seçicilər də YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Sonda xatirə şəkil çəkildi.
Yeni Balakən