image-rt-reklam
image-1699690183_nesib66-1jpg-1699770829backend

Nəsib Məhəməliyev: “Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində çox böyük rol oynayır və vacib tərəfdaşdır”

image-728x90

Almaniya Azərbaycan əlaqələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlin şəhərinə səfər edib. Almaniyada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, həmin ölkədə təşkil olunmuş 15-ci Peterberq İqlim Dialoqunun Yüksək Səviyyəli Siqmentində iştirakı zamanı ölkəmizin ekoloji gündəmlə bağlı mövqeyini səsləndirib.
Bunu “atributinfo.az”a açıqlamasinda Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. O, əlavə edib ki, bu gün Azərbaycan COP29-a ev sahibliyi edəcək ölkə kimi qlobal tədbirə hazırlığın fəal mərhələsindədir.
COP29-a ev sahibliyi etmək ölkəmizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq.
Deputat, həmçinin bildirib ki, Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında dörd il ərzində sədirlik edib. Sədrliyimiz zamanı biz Hərəkatın bir çox üzvləri ilə olduqca məhsuldar münasibətlər qurduq. Sədrliyimiz COVID-19-a təsadüf etdi. 80-dən artıq ölkəyə humanitar, maliyyə və texniki yardım göstərdik. Azərbaycanın bir çox Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir. Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyamnamələr imzalayıb:
“Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi OPEC+ platformasının üzvüdür. Bu əlavə üstünlükdür, çünki təbii sərvətləri, xüsusən də neft və qazı zəngin olan ölkə iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır. Azərbaycan xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlayıb. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yalnız bu il ərzində 1300 meqavat günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər 2000 meqavat günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq. Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində çox böyük rol oynayır və vacib tərəfdaşdır.”- deputat deyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90