Səudiyyə Ərəbistanı UEFA Çempionlar Liqasını ala bilər.
Ulusal.az xəbər verir ki, bu barədə “Saxo Bank” məlumat yayıb. Amma bildirilir ki, ərəblərin bu istəyi o vaxt reallaşa bilər ki, neftin bir barrelinin qiyməti 150 dollar olsun.
“Neft gəlirlərindən asılılıqdan qurtulmaq və ölkəni turizm, istirahət və əyləncə mərkəzinə çevirməyi hədəfləyən Səudiyyə Ərəbistanı dövlətinin iqtisadiyyatının köklü şəkildə yenidən qurulması üçün neftin bir barrelinin 150 dollara (139 avro) çatması lazımdır.
Bu halda Beynəlxalq Futbol Federasiyasının (FİFA) dəstəyi ilə dünyanın ən nüfuzlu futbol turnirlərindən biri olan UEFA Çempionlar Liqasını almaq üçün uğurlu təklif vermək üçün fürsət də yaranacaq”, – məlumatda bildirilir.
Bildirilir ki, Səudiyyə Ərəbistanı ən nüfuzlu Avropa kuboku turnirini qlobal futbol yarışına çevirməyi hədəfləyir.






















