image-rt-reklam
image-neftci5885backend

“Neftçi” “Qarabağ”ı ötdü: Azərbaycanın ən dəyərli klubu oldu

image-728x90

Azərbaycan Premyer Liqasının ən dəyərli klub siyahısında uzun fasilədən dəyişiklik baş verib.

Ulusal.az xəbər verir ki, bir neçə ildir heyətinə görə ölkə çempionatının ən bahalı komandası hesab edilən “Qarabağ” bu statusu itirib. “Neftçi” bu göstəricidə əzəli rəqibini qabaqlayıb.

“Şarlott”dan Andre Şinyaşikini heyətinə cəlb edən “Neftçi” hazırda Azərbaycanın ən dəyərli klubuna çevrilib. Heyətində ciddi dəyişikliklər edən paytaxt təmsilçisi ötən mövsümlə müqayisədə 63,5 faizlik – 5,75 milyon avroluq irəliləyişə nail olub. Hazırda “ağ-qaralar”ın dəyəri 14,80 milyondur.

İkinci sıradakı “Qarabağ”ın futbolçu heyəti 12,90 milyon avro olaraq qiymətləndirilir. Ağdam təmsilçisi ötən mövsümlə müqayisədə 0,8 faiz (100 min avro) dəyər itirib.

İlk üçlüyü “Sabah” tamamlayır. “Bayquşlar”ın dəyəri 6,1 faiz (650 min avro) artaraq 11,23 milyon avro olub.

Bütün bunların fonunda Azərbaycan Premyer Liqasının ümumi dəyəri də artıb. Klubların transferindən sonra çempionatmız 22,9 faizlik (13,58 milyon) irəliləyişə nail olub. Hazırda liqanın dəyəri 72,78 milyon avrodur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90