“Neftçi”nin legioneri icarəyə götürməsi variantı götür-qoy edilir.
Auqustonun meksikalılarla müqaviləsinin müddəti 2026-cı ilin sonuna qədərdi. Onu da bildirək ki, 2022-ci ilin axırında “Krus Asul”a gələn hücumçu 6-sı start heyətində olmaqla 16 matç (640 dəqiqə) keçirib və 3 qola imza atıb.
Bundan başqa, SOCAR-ın “Qalatasaray”la əməkdaşlığı “Neftçi”yə fayda verə bilər. Belə ki, İstanbul təmsilçisi bu mövsüm həm superliqanın, həm Türkiyə kubokunun qalibi olmaq, həm də Çempionlar Liqasında uğur əldə etmək niyyətindədi. Bu səbəbdən də “sarı-qırmızılar” məşhur simaları transfer edib. Okan Buruk bəzi futbolçuları icarəyə vermək niyyətindədi. Bunlardan biri Olimpiu Morutsandı. Rumıniyalı futbolçu karyerasını ölkəmizdə davam etdirə bilər. Belə ki, baş məşqçi Mutu həmvətənini flaqmanda görmək istəyir. Çalışdırıcı həm pleymeyker, həm də sağ cinah vingeri kimi çıxış edən futbolçunun “ağ-qaralar”a fayda verəcəyini düşünür.
2022/23 mövsümünü İtaliyanın “Piza” klubunda keçirən 24 yaşlı yarımmüdafiəçi 36 matçda 6 qol vurub. Bu məqam “Neftçi”nin işini çətinləşdirir. Mövsümün sonundan bəzi İtaliya təmsilçiləri Morutsanın xidmətində maraqlıdı. Onun maaşı da o qədər də çox deyil. Yarımmüdafiəçi “Qalatasaray”da ilinə 600 min avro qazanır. İndi qalır “Neftçi” ilə İstanbul təmsilçisinin razılaşması və futbolçunun ölkəmizdə çıxış etməyə razı olması.