“Neftçi” klubunun uzun illərdir məskunlaşdığı bazası tarixə qovuşur. Söhbət indiki 8 Noyabr, əvvəlki Nobel prospektində yerləşən inzibati binadan gedir.
Publika.az-ın əldə etdiyi məlumata görə, klubun uzun illərdir məskunlaşdığı, ancaq köhnələn və standartlara cavab verməyən baza avqust ayında tərk ediləcək. Həmin məkan Ağ şəhərin inkişaf strategiyasına uyğun olaraq söküləcək. Ərazidə yenidənqurma işləri görüləcək.
“Neftçi” isə ora bir daha qayıtmayacaq. Komanda – futbolçu, texniki heyət və komanda ilə bağlı olan şəxslər Suraxanı qəsəbəsində uzun illərdir tikintisi davam edən və sadəcə 2 mərtəbəsi tamamlanan bazaya köçəcək. Klubun işçiləri və rəhbərlik isə bir müdddət komandadan ayrı qalacaq. Onlar bazadakı işlər tamamlandıqdan sonra ora köçəcəklər.
Həmin vaxta kimi isə klubun rəsmi heyətinin Bakı Olimpiya Stadionunda yaradılan ofisdə məskunlaşması planlaşdırılırdı. Ancaq nüfuzlu və dünya üçün vacib olan COP29 tədbirinin ölkənin ən böyük idman qurğusunda keçirilməsi planları dəyişib. Nəticədə “Neftçi” bu ilin sonunadək ofis mərkəzlərindən biri ilə müqavilə imzalayıb. Anlaşma bitdikən sonra onlar BOS-a köçəcək.
“Neftçi”nin köhnə bazası:
“Neftçi”nin yeni bazası: