2017-ci ildən «Neftçi»nin formasını geyinən Emin Mahmudovun buranı tərk etmək ehtimalı güclənib.
Yaxınlarda kapitan sarğısı əlindən alınan yarımmüdafiəçi Roman Qriqorçukun qərarından narazı qalıb.
O, bazubəndin qolundan açılmasına etirazını bir formada baş məşqçinin diqqətinə çatdırıb.
Bundan xəbər tutan rəsmilər ona öz təklifini verib – əgər bu, xoşuna gəlmədisə, oturub danışaq və müqaviləni pozaq.
Emin Premyer Liqanın son turunda meydana çıxmaq imkanı əldə etməyib. «Qarabağ»la derbini (0:4) sonadək ehtiyat skamyadan izləyib.