image-rt-reklam
image-1backend

Nəcməddin Sadıxov Türkiyədə dindirilib?

image-728x90

Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıxov 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin xüsusi xidmət orqanları tərəfindən dindirilib.

Bu iddianı Yaxın Şərqdə tanınan nüfuzlu “Middle East Eye” nəşrində dərc edilən məqalədə jurnalist Raqıp Soylu səsləndirib.

O, bu məlumatı adı açıqlanmayan diplomatik mənbələrdən aldığını iddia edib.

Jurnalistin sözlərinə görə, Türkiyə rəsmiləri Azərbaycan Ordusunda Rusiya tərəfdarı şəxslərin müəyyənləşdirilməsində iştirak ediblər.

“Bu “ünsürlərdən” biri də rusiyayönlü simpatiyada şübhəli bilinən Azərbaycan Silahlı Qüvvələrinin o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıxov olub. Vəziyyətlə tanış olan mənbənin verdiyi məlumata görə, müharibə günlərində Türkiyə hakimiyyəti onun deportasiyasını təşkil edib, dindirmək üçün Türkiyəyə aparıb və yalnız bundan sonra Rusiyaya qayıtmasına icazə verib.”, – deyə jurnalist yazır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90