image-rt-reklam
image-1backend

“Nəcibə Məlikova yıxıldı, at Ceyhunu tapdaladı- “Ögey ana” filmi faciə ilə bitəcəkdi…-Filmin Cəmiləsi sirləri açdı…

image-728x90

“ “Ögey ana” filminə çəkiləndə bir az dərslərdən geri qaldıq. Film İsmayıllının Qalacıq kəndində çəkilirdi. Dərslərdən geri qalmamaq üçün Qalacıq kənd məktəbində təhsilə davam etdik. Filmlə bağlı təəssüratlarım boldur. Bizi səhər tezdən yuxudan oyadıb, qrim edirdilər, çəkilişə gedirdik. Anam da mənimlə birgə çəkilişlərdə olurdu. Rejissor Həbib İsmayılov bizimlə çox gözəl çalışırdı, başa salırdı. İlk baxışdan ögey ana deyəndə insanın ağlına uşağa düzgün münasibət bəsləməyən ana gəlir. Amma görürsünüz ki, ögey ana doğma da ola bilir. O qədər doğma olur ki, hətta sonda İsmayıl ona ana deyə müraciət edir. İsmayıl özü də həyatda ögey bacısı ilə böyüyüb”

Bunu Moderator.az-a açıqlamasında “Ögey ana” filminin Cəmiləsi musiqiçi Sevinc Axundova deyib. O daha sonra əlavə edib.

“Aktrisa olmaq çox çətindir. Bəzi insanlar elə bilir ki, asandır. Ya gərək gözəl aktrisa olasan, ya da gərək olmayasan. Tofiq Tağızadə atamın dostu idi, deyirdi ki, qızın qoy getsin Moskvada kinematoqrafiya institunda təhsil alıb, aktrisa olsun. Atam heç vaxt mənə qarşı çıxmırdı. Mən özüm aktrisa olmaq istəmədim. Bizim ailə çox müasir idi. Bu seçimi mənə buraxmışdılar” deyə o bildirib.

Sevinc Axundova filmdəki təhlükəli səhnələrdən də danışıb.

“Nəcibə xanım körpünün üstündə qaçanda ayağı büdrədi. Dala yıxıldı ki, üzü zədələnməsin. Amma bərk yıxıldı. Bir də İsmayıl rolunun ifaçısı Ceyhun Mirzəyevin atla bağlı səhnəsi var idi. At Ceyhunu yıxıb ayağını döşünün üstünə qoymuşdu. Anası panik oldu. Amma Ceyhun yerindən tərpənmədi. Mərd uşaq idi. Qorxmazdı. İstəyirdi ki, real kadrları özü oynasın. Baxmayaraq ki, təhlükəli səhnələrdə Ceyhunu dublyoru əvəz edirdi” deyə o bildirib.

Sevinc Axundova deyir ki, Ceyhun Mirzəyevin ailəsi ilə sonradan dostluq edib.

“Ceyhun Lidya adlı xanımla ailə həyatı qurmuşdu. Bir qızı var idi. Mənim də iki qızım var. Lidya xanımla rəfiqə oldum. Sonra rəhmətə getdi. Ceyhun çox istedadlı idi. O yaşasaydı çox gözəl filmlər çəkəcəkdi. Aktyor kimi də peşəkar idi” deyə Sevinc Axundova deyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90