image-rt-reklam
image-1backend

“Neçə dəfə küçədə məni döymək istəyiblər” –”Fəryad” filmində “Xoren”i oynamış aktyor

image-728x90
““Fəryad” filmində oynadığım erməni Xoren  rolu məni daha çox tanıdıb”.
Ulusal.az  bildirir ki, bu sözləri Moderator.az-a açıqlamasında aktyor, bir çox filmlərdə xarakterik rolların ifaçısı 75 yaşı tamam olan Fərəc Fərəcov deyib.
““Hara gedirəmsə mənə elə “Xoren” deyirlər.  Xoren rolundan sonra mənə nifrət çoxaldı. Neçə dəfə tutub döymək istəyiblər. Metroda tutublar ki, ermənidir. Tutub aparıblar. Sonra deyiblər ki, üzr istə. Məni saxlayan kişiyə demişəm ki, 71 yaşın var, özün məndən çox erməniyə oxşayırsan. Polis o qədər gülüb ki..”-deyə F.Fərəcov deyib.
  Onu sözlərinə görə, Balakəndə “Ovsunçu” filmində çəkildikdən sonra vağzala gələn zaman yenə qalmaqla düşüb: “Çayxanada idi. Mən də eynən Xoren kimi saqqalda idim. Getdim özümə yemək götürməyə. Uzaqdan biri dedi ki, Xoren, köpəkoğlu! Camaat ayağa durdu. Tariyel Qasımov ayağa qalxıb dedi ki, dostumdur, bakılı balasıdır, nə Xoren? Tariyel indi harda məni görür, deyir ki, mən olmasaydım çoxdan səni öldürəcəkdilər. Ənvər Əbluc “Ağ atlı oğlan” filminin təqdimatında dedi ki, hər insanın işi deyil ki, iki filmdə nifrət qazandıran erməni rolu oynasın” -deyə sənətkar bildirib.
Fərəc Fərəcov o vaxtkı çəkiliş mühitindən də danışıb: “O vaxt povilyonda nə qədər filmlər çəkilirdisə hamısına gedirdik. Talon verirdilər, ümumi 3 manat idi. Bir az epizodik rollara 7 manat, 13 manat verirdilər. Böyük, görkəmli aktyorların heç biri bizə yuxarıdan aşağıya baxmırdılar. Çalışırdılar ki, bizə kömək göstərsinlər. Çünki bizim sənətimiz sərbəstliyi, səmimiliyi sevir. Aktyor nə qədər səmimi olardısa, o qədər də bacarığını biruzə verirdi. Bugünkü filmlər niyə yadda qalmır? İndi hər şey var, amma heç nə yoxdur. Baş rollarda da rejissorlar çox vaxt özlərini çəkirlər. Sənin gərək bir səriştən olsun ki, rejissor kimi nəyisə yarada biləsən. Çağırdığın aktyorlar da gərək sənə inansınlar ki, çəkdiyin film yadda qalacaq. Gənclər də deyir ki, köhnə aktyorlar bizə mane olur. Köhnələrdən də axı qalan azdır. Köhnə nə deyir? Deyir ki, hiss et, sonra oyna. Guya bizim sözlərimizi eşidən var ki? Həmin aktyorlar heç valideynlərinin sözlərini də eşitmirlər” deyə sənətkar bildirib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90