image-rt-reklam
image-998backend

Nazirlə oxşarlığı gündəm olan şəxs kimdir? – FOTO

image-728x90

Təhsil naziri Emin Əmrullayevlə jurnalist Ruslan Zeynallının fotosu sosial şəbəkədə gündəm olub.

Ulusal.az “Bakupost”a istinadən xəbər verir ki, nazirlə jurnalistin bir-birinə bənzəməsi maraqla qarşılanıb. Bir çox sosial şəbəkə səhifələrində paylaşılan fotoya “alma-almaya bənzər”, “elə bildim montajdir”, “bu qədər də bənzərlik olmaz kimi…” şərhlər yazılıb.
Qeyd edək ki, R. Zeynallı uzun illər “ASAN Radio”da və bir sıra televiziya kanallarında aparıcı-redaktor vəzifələrində çalışıb.

Hazırda o, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.

Eyni zamanda, Real TV-də Nazirliyin layihəsi olan “Fermerin real dostu” verilişinin aparıcısıdır.

R. Zeynallı bəstəkar və müğənni Sevinc Ağasıyeva ilə ailəlidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90