image-rt-reklam
image-777backend

Nazir Məcnun Məmmədov Ağstafada təsərrüfatlara baş çəkib, Həzi Aslanov qəsəbəsinin sakinləri ilə görüşüb

image-728x90

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağstafa rayonuna səfər çərçivəsində Həzi Aslanov qəsəbəsinin sakinləri ilə görüşüb. Kənd meydanında keçirilən görüşdə sakinlərin üzləşdiyi çətinliklər, kəndin əkin və örüş sahələrində vəziyyəti, texnika təminatı və digər məsələlər müzakirə olunub. Sakinlərin müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün tapşırıqlar verib. Əsasən heyvandarlıqla məşğul olan sakinlərə nazirliyin balansında olan torpaq sahələrindən örüş yeri ayrılması barədə müraciət müsbət həll olunub, payızlıq və yazlıq əkinlər dövründə kəndə əlavə traktor və qoşquların ayrılması qərara alınıb.

Nazir Ağstafa rayonuna səfər çərçivəsində nazirliyin balansında olan müəssisələrə, Dilbaz Atçılıq Kompleksinə baş çəkib, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb. Məcnun Məmmədov həmçinin “Kur Fruit Company” şirkətinin Ceyrançöldə saldığı 150 hektar intensiv bağla və “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin fəaliyyəti ilə tanış olub. Təsərrüfatlarda keçirilən görüşlər zamanı aqrar məhsulların istehsalı, qablaşdırılması, emalı və ixracı ilə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətlərdə görüləcək işlərə nazirlik tərəfindən dəstək veriləcəyi bildirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90