Dünən məlumat verdiyimiz kimi, polkovnik-leytenant Kənan Aşurov Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinə yeni rəis təyin edilib.
Bununla bağlı nazir Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, polkovnik-leytenant Kənan Aşurov bu təyinata qədər Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi işləyirdi. O, mərhum vəkil və ictimai xadim, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışmış İsaxan Aşurovun oğludur.

Kənan Aşurov
Onu da qeyd edək ki, Kənan Aşurovdan əvvəl FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin rəisi vəzifəsini general-mayor Elşad Hüseynov tuturdu.

Nazir Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elşad Hüseynovun sərəncama götürüldüyü bildirilir.“AzPolitika.info”