Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin direktoru işdən çıxarılıb.
Ulusal.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Gəncə Regional Kollecinin rəhbəri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Kubışov vəzifəsindən azad edilib.