Mədəniyyət Nazirliyi yanında Azərbaycan Dövlət Rəsm Qalereyasına yeni direktor təyin olunub.
Ulusal.az Qaynarinfo-ya istinadən xəbər verir ki,bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Reala İsazadə təyin olunub.
Qeyd edək ki, Reala İsazadə bundan əvvəl Heydər Əliyev Mərkəzinin Marketinq və Kommunikasiya şöbəsində baş nütəxəssis, “NURGÜN” şirkətlər qrupunun Müştəri xidmətləri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində və digər şirkətlərdə çalışıb.