“İndi saqqal çox populyardır. İndi bir çox gənclərimiz saqqal saxlayır. Belə bir trend varsa, niyə də yox?”
Ulusal.az xəbər verir ki, bu sözləri Gənclər və idman naziri Fərid Qayıbov İTV-də yayımlnan “Şənbə axşamı” verilişində idmançıların saqqal saxlaması məsələsinə münasibət bildirərkən deyib.
“Mən də hər zaman bığ saxlamaq istəyirdim, amma yoldaşım icazə vermədi”, – daha sonra o gülərək əlavə edib.





















