Hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq deputat Nazim Bəydəmirlinin səhətində ciddi problemlər yaranıb.
Ulusal.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli sosial şəbəkə hesabında məlumat yayıb.
O, bildirib ki, Ombudsman aparatına elektron məktub ünvanlayıb, eyni zamanda Nazim Bəydəmirlinin vəkili Aqil Layic tərəfindən rəsmi müracət edilib: “Bir ay bundan öncə Nazim müəllimin boyunun arxa hissəsində yaranmış karbakul (tükdibinin iltihabı) nəticəsində formalaşmış törəmə əmələ gəlib. Həbsxanada edilən müdaxilə əks effekt verib, nəticədə törəmə qıcıqlanaraq böyüyüb və bərk kütləyə çevrilib. Gecikdirilmədən təcili cərrahi müdaxilə olunmalıdır. Bu məsələ ilə bağlı professor Adil Qeybulayla danışmışam, əgər icazə verilsə, gedib yerində əməliyyat etməyə hazır olduğunu bildirdi”.
F.Bəydəmirli bildirib ki, bu günə qədər Nazim Bəydəmirlinin səhətində yaranmış sağlıq problemləriylə baglı çoxsaylı müraciətlərinə 5-6 ay sonra baxılıb və səthi yanaşılıb.
“Bu dəfə məsələ çox ciddidir, təcili əməliyyat olunmasa, xəstənin böyrəklərində ciddi fəsadlar yaranacaq, ən qorxulusu meningit xəstəliyinə yol aça bilər”, – o, vuyrğulayıb.