image-rt-reklam
image-1679031067_f6a31417-96f3-4c06-b6f8-4da2bb8c7520_850backend

Naxçıvanın büdcəsi: gəlirlər də artıb, xərclər də…

image-728x90

2022-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 606,1 mln. manat proqnoza qarşı icra 623,5 mln. manat və ya 17,4 mln. manat (2,9%), 2021-ci illə müqayisədə isə 99,8 mln. manat və ya 19,1% çox olub.

Ulusal.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi üçün 2022-ci il dövlət büdcəsindən 425,0 mln. manat dotasiya ayrılıb.

Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri isə 607,6 mln. manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 85,6 mln. manat və ya 16,4% çoxdur. 2022-ci ildə dövlət büdcəsinin yerli gəlirləri 1030,2 mln. manat proqnoza qarşı 1113,9 mln. manat məbləğində və ya 8,1% çox icra olunub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90