image-rt-reklam
image-17376306054093744041_1200x630_1737635091-fullbackend

Naxçıvanda “Maliyyə və mühasibat uçotu” təlimlərinin ilk sessiyası keçirilib

image-728x90

Yanvarın 21-22-də Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı ilə “Maliyyə və mühasibat uçotu” təlimlərinin ilk sessiyası Naxçıvan Muxtar Respublikası Təhsil və Səhiyyə nazirliklərinin və onların struktur qurumlarında çalışan mühasiblərin iştirakı ilə keçirilib.

Referans.az xəbər verir ki, iki gün davam edən təlim müddətində iştirakçılar mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində nəzəri biliklər qazanmaqla yanaşı, real hesabatlar üzərində praktiki bacarıqlarla da tanış olublar.

Təlimin yekununda Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədri Tağı Tağızadə mərkəzin fəaliyyəti və gələcək planları barədə məlumat verib. Vurğulanıb ki, Naxçıvan Təlim Mərkəzi 2025-ci ildə də müxtəlif təlim proqramları ilə dövlət orqanlarında çalışan əməkdaşların peşəkar inkişafı və bacarıqlarının təkmilləşdirilməsi istiqamətindəki dəstəyini davam etdirəcək. Cari ildə muxtar respublikanın dövlət qurumları, müxtəlif idarə və təşkilatları mütəmadi olaraq zəruri təlimlərə cəlb ediləcək və işçilərin potensialının yüksəldilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.

Naxçıvan Təlim Mərkəzinin şöbə müdiri Süleyman Oğuz qeyd edib ki, təlim mərkəzi olaraq təlim iştirakçılarına yüksək səviyyədə təlimlərin təşkili məqsədilə araşdırmalar aparır, təlimçi olaraq peşəkar mütəxəsisləri dəvət edirik.

Sonda Tağı Tağızadə iştirakçılara serfitikatlar təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Keçirilən təlimlərin onların peşəkar biliklərinin artırılmasında mühüm rol oynayacağını və iş mühitində praktiki fayda verəcəyinə inandığını bildirib.

Təlimçi Arzuman İmanov isə səmərəli fəaliyyətinə görə təşəkkürnamə ilə təltif edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90